ABŞ-ın Azərbaycan-Ermənistan münasibətləri üzrə nümayəndəsi gəlir


ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə yeni baş müşaviri, həmçinin ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Lui Bono gələn həftə regiona ilk səfərini edəcək.


AFN.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə bu barədə açıqlama verib. “Biz bunun Cənubi Qafqazın hər üç ölkəsinə müntəzəm səfər olacağına ümid edirik. Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini və bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəyişməz sədaqətimizi dəstəkləmək üçün ali rəhbərliklə görüşməyi planlaşdırır. Artıq dediyim kimi, o, səfəri zamanı Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək. Bu qayda ilə o, Bakıya, İrəvana və Tiflisə gedəcək”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu