Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasında Merkel ittiham olunur


Angela Merkel Almaniya kansleri kimi Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını mümkün edən bir sıra qərarlar qəbul edib.


AFN.az xəbər verir ki, Almaniyanın "RTL" və" N-tv" telekanallarına müsahibəsində Bundestaqın müdafiə komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Zimmerman belə deyib.
Deputat Almaniyanın Ukraynaya NATO üzvlüyünə yol açmaqdan imtina etməsini bu baxımdan ilk böyük səhv hesab edir. Zimmermanın sözlərinə görə, 2008-ci ildə bir çox NATO ölkələri Ukraynanın ən qısa zamanda Alyansa qəbul olunmasının tərəfdarı idi, lakin Rusiyanın mövqeyinə görə Almaniya və Fransa buna qarşı çıxdı.
Alman deputat hesab edir ki, bu, o vaxt fransızlar və Angela Merkel tərəfindən böyük səhv olub.
Strack-Zimmermanın sözlərinə görə, Almaniya indi Angela Merkelin hakimiyyətinin bütün dövrünü və xüsusilə də yanlış hesablamalarla dolu son bir neçə ilin tarixini yenidən nəzərdən keçirməli olacaq.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu