Merkel təqaüdünün ilk gününü belə keçirdi - FOTO


Almaniyanın keçmiş Kansleri Angela Merkel təqaüdə çıxmasının ilk günündə səhərin ilk saatlarından öz yeni ofisinə yollanıb.


Almaniyanın “Bild” nəşri Merkelin vəzifə başından kənarda ilk gününü necə keçirməsini izləyib.

Nəşr yazır ki, Merkel daha əvvəl qeyd etmişdi ki, kansler vəzifəsini tərk etdikdən sonra ilk işi doyunca yatmaq olacaq. Lakin belə görünür ki, uzun illik vərdişi tərgitmək elə də asan deyil.

Belə ki, Merkel səhər 08:20-də Berlində yaşadığı evdən çıxıb və Unter den Linden küçəsində yerləşən yeni ofisinə yollanıb.

Eks-Kansler bunun ardınca mühafizəçinin müşayiəti ilə “Hit Ullrich” supermarketində alış-veriş edib.

Media daha əvvəllər yazırdı ki, Merkel kansler vəzifəsindən getdikdən sonra Unter den Linden küçəsində ofisi olacaq. Almaniya kansleri olmuş Helmut Kol da kansler postunu tərk etdikdən sonra məhz bu küçədə büroya sahib idi.

Qeyd edək ki, sosial-demokrat Olaf Şolts dekabrın 8-i Almaniyanın yeni Kansleri seçilib. Merkel isə 2005-ci ildən etibarən 16 il ərzində Almaniyanın Kansleri olaraq çalışıb.(Qafqazinfo)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu