Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar BUNLARDIR


Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin sədri Elşad Əsgərov Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların adlarını açıqlayıb.


AFN.az xəbər verir ki, "Ekspert saatı"nda bu barədə məlumat verən E.Əsgərov əsasən məməli heyvanların və bəzi yırtıcıların nəslinin kəsilmək üzrə olduğunu deyib. Fond rəhbərinin sözlərinə görə, bu heyvanlar ovlandıqları üçün sayları sürətlə azalır. "Qırmızı Kitab"ın birinci nəşrində onların sayı 14 idisə, 2013-cü il nəşrində 43 olub.
"İri məməlilərdən bizdə nəsli kəsilməkdə olan ilk heyvan ayıdır. Lakin artıq ayıların sayı bərpa olunmuş kimi sayılır. Ona görə də üçüncü nəşrə salınmayıb. İkinci təhlükədə olan canlı zolaqlı kaftardır. Ceyranların sayı azalsa da, bərpa olunmağa doğru gedir. Maral və cüyür də "Qırmızı Kitab"a salınıb. Bundan başqa bezuar keçiləri və buffonlar da nəsli kəsilməkdə olan heyvanlar siyahısındadır" - deyə E.Əsgərov fikrini yekunlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu