Nəsli kəsilməkdə olan dağ keçiləri sürü ilə göründü - FOTOLAR


Türkiyədə nəsli kəsilməkdə olan dağ keçiləri sürü ilə görünüb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Elazığın Qarakoçan rayonunun Bardaklı kəndi ərazisində mikroavtobus sürücüsü Atilla Öztürk nəsli kəsilmək təhlükəsi ilə üzləşən dağ keçilərini meşədə otlayarkən görüb. Həmin anları mobil telefonla lentə alan Öztürk dağ keçilərinin böyük qruplar halında yüksək yerlərdə gəzdiyini deyib. Onun sözlərinə görə, yerli əhali ətraf kəndlərdə dağ keçilərini xüsusilə qoruyur. "Onlara zərər vermirlər, qorxutmurlar. Brakonyerlər gələndə jandarmaya xəbər verirlər" - deyə Östürk bildirib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu