Nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan suitilər Mersin sahillərində - VİDEO


Nəsli kəsilmək təhlükəsi ilə üzləşən Aralıq dənizi suitiləri dincəlmək üçün Mersin çimərliklərində qərarlaşıb.

AFN.az xəbər verir ki, nəsli kəsilmək təhlükəsi ilə üzləşən Aralıq dənizi rahib suitilərinin bu günlərdə dincəlmək üçün Mersin çimərliklərinə gəlməsi diqqət çəkib. Aralıq dənizi bələdiyyəsi, suitilərin çıxdığı çimərliklərə lövhələr asaraq vətəndaşlara xəbərdarlıq edib.

Bələdiyyə sədri Mustafa Gültak "IUCN" meyarlarına görə nəsli kəsilmək təhlükəsi altında olan suitilərin dünyada minə yaxınını qorumaq üçün onların gəldiyi sahillərdə vətəndaşlara xəbərdarlıq etdiklərini bildirib. Onun sözlərinə görə, Türkiyə sahillərinə 100-ə yaxın suiti yaxınlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu