Koronavirusa 39 yeni yoluxma qeydə alınıb, 2 nəfər ölüb


Azərbaycanda koronavirusa 39 yeni yoluxma qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.


Bu barədə "AFN.az"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 828 721 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 383 nəfər müalicə olunaraq sağalıb, 10 129 nəfər vəfat edib.

Aktiv xəstə sayı 209 nəfərdir.

Son gün ərzində 912, bu günədək isə 7 532 345 test aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu