Azərbaycanda koronavirusa 15 yeni yoluxma qeydə alınıb, 2 nəfər ölüb


Azərbaycanda koronavirusa 15 yeni yoluxma qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.


Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 828 492 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 229 nəfər müalicə olunaraq sağalıb, 10116 nəfər vəfat edib.

Aktiv xəstə sayı 147 nəfərdir.

Son gün ərzində 1 261, bu günədək isə 7 521 187 test aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu