Bakıda dəhşət: Qəbiristanlıqda asılmış meyit tapıldı
Bakıda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb. Orada fəhlə işləyən 44 yaşlı Əbdül Xəlilovun ağacdan asılmış meyiti tapılıb.
İlkin araşdırmalarla onun intihar etdiyi məlum olub. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.