Bakıda dəhşət: Ağacdan 44 yaşlı kişinin asılmış meyiti tapıldı
Bakıda 44 yaşlı kişi intihar edib.
Dünən axşam saatlarında Bakının Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1 C, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki ağacdan asılmış kişi meyiti tapılıb.
Araşdırmalar zamanı həmin şəxsin 1976-cı il təvəllüdlü Elxan Telman oğlu Bədəlov olduğu məlum olub.
Daxil olmuş məlumat əsasında Yasamal rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Elxan Bədəlovun özünü asdığı kəndir müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Faktla bağ Cinayət məcəlləsinin 125-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.//BAKU.WS