İranda daha 6 nəfər ölüm hökmünə məhkum edildi


İranda “Hərəkat-e ən-Nidal” silahlı qruplaşmasının 6 üzvü barəsində ölüm hökmü çıxarılıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, ölkənin Xuzistan əyalətinin Əhvaz şəhər Məhkəməsi Əli Mojdam, Məhəmməd Reza Müqəddəm, Moin Xanfəri, Həbib Dariş, Adnan Qobishavi və Salim Musəvini ölüm cəzasına məhkum edib. Məhkumlar 2016 və 2017-ci illərdə Xuzistan əyalətində silahlı hücum təşkil etməkdə ittiham edilirlər.

Onlardan ikisi - Əli Mojdam və Məhəmməd Rza Müqəddəm "Hərəkat ən-Nidal əl-Ərəbi" silahlı qruplaşmanın lideridir.

"Hərəkat ən-Nidal əl-Ərəbi" 2000-ci ildə Həbib Nebaqanın başçılığı altında yaradılıb. İsveç və Danimarka kimi Avropa ölkələrində üzvləri olan qruplaşma 2016-cı ildən silahlı fəaliyyətə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu