Misir məhkəməsi "Müsəlman Qardaşlar"ının liderlərinə yenidən ölüm hökmü çıxarıb


Misirdə məhkəmə 2013-cü ildə hazırkı prezident Əbdülfəttah Əl Sisi tərəfindən İslamçı Məhəmməd Mursinin devrilməsindən sonra baş verən zorakılıqlara görə, təşkilatın ən yüksək rütbəli lideri də daxil olmaqla, səkkiz "Müsəlman Qardaşlar"ı üzvünü ölüm cəzasına məhkum edib.



Dövlət Təhlükəsizlik Məhkəməsi qısa ömürlü prezident Məhəmməd Mursinin, o cümlədən hazırda 80 yaşında olan lider Məhəmməd Bədii, həmçinin Mahmud İzzət, Məhəmməd Əl-Biltaci və Safvet Hicazi də daxil olmaqla, hərəkatdan bir çox adama ölüm hökmü çıxarıb.

Bu şəxslərin hamısı əvvəlki illərdə başqa məhkəmə işlərində ölüm hökmünə məhkum ediliblər.

Dövlətə məxsus Əl-Əhram qəzetinin məlumatına görə, məhkəmə dünən 37 müttəhimə ömürlük, 13 müttəhimə isə 10 ildən 15 ilədək həbs cəzası verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu