Malayziyada 11 məhkumun ölüm hökmü 30 il həbslə əvəzlənib


Ölüm hökmünün ləğv edildiyi Malayziyada edam cəzasına məhkum edilmiş 11 məhkumun cəzası 30 il həbslə əvəzlənib.


"Bernama" xəbər agentliyinin məlumatına görə, məhkəmə ikisi Tailand vətəndaşı olan 11 narkotik alverçisinə verilən ölüm hökmünü ləğv edib.

Məhkəmə 11 məhkumun hər birini 30 il müddətinə azadlıqdan məhrum edib. Beləliklə, ölüm hökmünün ləğv edildiyi ölkədə ilk dəfə olaraq yeni qanunlar tətbiq olunub.

Aprel ayında Malayziya parlamentində ölüm hökmünün ləğvi və ağır cinayətlərə görə cəzaların məhdudlaşdırılması ilə bağlı qanunlar səsə qoyulub.

Bu kontekstdə qeyd edilib ki, ölüm hökmü çıxarılan şəxslər məhkəmələrin mülahizəsindən asılı olaraq 40 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Digər tərəfdən, qanun dəyişikliyinin ölkədə 1300-dən çox məhbusun həyatını xilas edəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu