Prezidentdən ölüm hökmünün bərpası ilə bağlı müzakirələrə REAKSİYA


Uzun müddətdir ölkə gündəmini zəbt edən ölüm hökmü cəzasının yenidən tətbiqinə başlanması ilə bağlı müzakirələrə Rusiya prezidenti öz açıqlaması ilə nöqtə qoyub.


AFN.az NTV.ru-ya istinadən bildrib ki, Vladimir Putin buna ehtiyac olmadığını deyib: “Bu yaxınlarda Hakimlərin Konqresində çıxış edən Konstitusiya Məhkəməsinin sədri Valeri Dmitriyeviç Zorkin bu barədə danışdı. O, ölüm hökmünün qaytarılmasının tərəfdarı olanların müraciətlərinə cavab olaraq bildirib ki, bunun üçün biz sadəcə olaraq Konstitusiyaya dəyişiklik etməli olacağıq. Ona görə də mənim mövqeyim bu mənada dəyişməyib”.
Sentyabrda “Valday” beynəlxalq diskussiya klubunun üzvləri ilə görüşdə Putin Rusiyada ölüm hökmünün qaytarılması ideyasını dəstəkləmədiyini bildirmiş, amma onun sözləri ölüm cəzası tərəfdarlarını inandırmamışdı. V.Putun bu addımı “məntiqsiz və əks-məhsuldar” adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu