Güclü külək bir neçə rayonda fəsadlar törətdi


Gədəbəydə bir neçə evin dam örtüyü dağılıb, elektrik təsərrüfatına ziyan dəyib.


AFN.az -ın məlumatına görə, axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində Gədəbəy rayonunda və Şəmkirin bir neçə dağlıq kəndlərində elektrik təsərrüfatına ziyan dəyib, xətlər sıradan çıxıb.

Bir neçə evin dam örtüyü dağılıb.

Qeyd edək ki, elektrik enerjisinin verilməsində yaranmış problemin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu