Gəncədə güclü külək fəsadlar törədib


Gəncədə güclü külək əsir, bəzi yerlərdə elektrik enerjisinin verilməsi dayandırılıb.


Külək axşam saatlarından əsməyə başlayıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb. Bəzi fərdi evlərin dam örtüyü qismən dağılıb, pəncərələri sınıb.

Güclü külək şəhərdə havanın tozlanmasına da səbəb olub. Bu səbəbdən nəqliyyatın hərəkətində də qismən çətinlik yaranıb.

Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda küləkli hava şəraiti davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu