Şəmkirdə güclü yağış yağıb, bəzi kənd və qəsəbələrə elektrik enerjisinin verilməsi dayandırılıb


Şəmkir rayonuna leysan yağıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb.


"Report"un Qərb bürosunun məlumatına görə, bölgədə yağan güclü yağış bir sıra fəsadlar törədib.

Şəmkir rayon Kür qəsəbəsi, Yeniabad, Keçili və Mahmudlu kəndlərində küləklə müşahidə olunan leysan yağışlar nəticəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Bəzi küçələrdə insanların və avtomobillərin hərəkətində çətinlik yaradıb.

Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda da qeyri-sabit hava şəraiti müşahidə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu