Paytaxtın bəzi yerlərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq - “Azərsu” ASC
Magistral su kəmərində aparılan yenidənqurma işləri ilə əlaqədar martın 7- də gün ərzində Bakı şəhəri Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən bildirilib.
“Narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik”, -deyə məlumatda qeyd edilib.