Bu ərazilərdə suyun verilməsində məhdudiyyətlər olacaq
Hacıqabulun bir neçə kəndində və Bakının bir neçə rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə AFN.az-a "Azərsu"dan məlumat verilib. Bildirilib ki, intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.
Bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.