Bu rayonlarda su olmayacaq


Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq həddən artıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcmi xeyli azalıb.



Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli su məhdudiyyətlərlə verilir. Bu müddətdə abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik.

Yaranmış narahatlıqla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatlatı Agentliyi "Azərsu" ASC abonentlərdən üzr istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu