"Manatlıq taksi"də qadın sərnişinə qarşı əxlaqsızlıq: DİN hərəkətə keçdi - VİDEO


Bakıda taksidə qadına qarşı əxlaqsızlıq edilib.


Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə şikayət daxil olub.

Bildirilir ki, hadisə bu gün səhər saatlarında 20 Yanvar dairəsi yaxınlığında baş verib.

"Manatlıq taksi"dən istifadə edən 21 yaşlı Ağayeva Gülnaz (ad şərtidir - red.) adlı xanım digər sərnişin tərəfindən cinsi qısnamaya məruz qalıb.

Qadın ağlayaraq baş verənləri lentə alıb. Taksidə başqa sərnişinlər də olub və onlar da hadisəyə məhəl qoymayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətindən polis baş leytenantı Nurlan Əliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisədən xəbərdardırlar. Hazırda araşdırma aparılır. Həmin şəxs barəsində tədbir görüləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu