Ərdoğan Putin və Zelenski arasında görüş təşkil etmək istəyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etmək istəyir.
AFN.az-ın xəbərinə görə, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan "Lenta.ru"ya müsahibəsində
bildirib ki, Ərdoğan Vladimir Putin və Volodimir Zelenski arasında görüşü aprel ayında keçirmək fikrindədir.
Çağrı Erhanın sözlərinə görə, Ərdoğanın bu cür danışıqları təşkil edə bilib-bilməyəcəyini proqnozlaşdırmaq hələlik mümkün deyil. O, bildirib ki, belə bir görüşü razılaşdırmaq etmək çətindir. "Türkiyə prezidenti hərbi əməliyyatları davam etdirmək üçün çalışan və Rusiya ilə hər hansı danışıqlara qarşı olan ABŞ və Böyük Britaniyanın təzyiqi altındadır" - deyə Xarici Siyasət Şurasının üzvü qeyd edib.
O, vurğulayıb ki, Türkiyənin əsas missiyası Putin və Zelenskinin kənar müdaxilə olmadan heç olmasa bir dəfə görüşməsi, birbaşa təmas qurması üçün şərait yaratmaqdır.