Muxtar Babayev: "Bu gün qlobal istiləşmə su resurslarına öz təsirini göstərir”
“Bu gün qlobal istiləşmə baş verir. Təbii ki, bu da su resurslarına öz təsirini göstərir”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
O bildirib ki, iqlim dəyişikliyi riskləri bir ölkədə cəmləşməyib: “Bu məsələ regional səviyyədə müzakirə edilməlidir”.
Nazir qeyd edib ki, Azərbaycanda hazırda daşqınlar daha çox olur: “Bu, reallıqdır. Əvvəllər isə bu hallar daha az olurdu”.
M.Babayev deyib ki, hazırda azad edilən ərazilərdə artıq yenidənqurma işləri aparılır, “Ağıllı şəhər”lər salınır, yaşıl texnologiyalar tətbiq olunur.