Türkiyə və Yunanıstan razılğa gəldi: münasibətlər inkişaf etdiriləcək


Türkiyə və Yunanıstan iki qonşu ölkə arasında mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi barədə razılığa gəliblər.


AFN.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulosla telefon danışığı zamanı qeyd edilib. Telefon danışığı zamanı Yunanıstanın müdafiə naziri Panagiotopoulos zəlzələlərlə bağlı türkiyəli həmkarına başsağlığı verib.

Öz növbəsində Hulusi Akar Yunanıstanda çox sayda insanın həyatını itirdiyi qatar qəzası ilə bağlı həmkarına bir daha başsağlığı verib. Akar, böyük dağıntılara və tələfata səbəb olan zəlzələlər zamanı Yunanıstanın göstərdiyi həmrəyliyik üçün təşəkkürlərini çatdırıb.

Hər iki nazir qonşu ölkələr arasında mehriban qonşuluq münasibətlərinin inkişafı istiqamətində səylərin bundan sonra da davam etdirilməsilə bağlı razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu