“The Washington Post”: Bu büdcə qəbul edilsə, ABŞ bir çox problemlər yaşayacaq


ABŞ prezidenti Co Baydenin administrasiyası tərəfindən təklif edilən 2024-cü maliyyə ilinin federal büdcəsi ölkənin gələcəyini təhdid edir.


AFN.az xəbər verir ki, bununla bağlı “The Washington Post” qəzeti Ağ Evin təqdim etdiyi sənədi şərh edən məqaləsində yazıb. Nəşr hesab edir ki, büdcə layihəsində dəyişiklik edilməsə, ABŞ bir çox problemlər yaşayacaq: "Birləşmiş Ştatlar tezliklə milli təhlükəsizliyini zəiflədəcək, gələcəyə sərmayə qoymaq qabiliyyətini təhlükə altına salacaq, gələcək nəsillərə layiq olmayan bir yük qoyacaq və sosial təminat, tibbi yardım kimi kritik proqramların kəsilməsini tələb edəcək gözlənilməz ssenari ilə üzləşəcək".

ABŞ prezidenti 31 trilyon dollarlıq rekord dövlət borcu fonunda 2024-cü maliyyə ili (1 oktyabr 2023-cü il - 30 sentyabr 2024-cü il) üçün federal büdcə layihəsini cümə axşamı təqdim edib. Büdcə layihəsində ümumi xərclər 6,8 trilyon dollardan çox, gəlirlər isə təxminən 5 trilyon dollar nəzərdə tutulur. Nəşrin analitiklərinə görə, indi xərclər ixtisar edilməsə, 2033-cü ilə qədər ABŞ-ın borcu ölkə iqtisadiyyatının ümumi həcmini 18% ötəcək. "Bu ssenari inkişaf edərsə, ABŞ on il ərzində kreditorlara ödənişlərə bütün müdafiə büdcəsindən daha çox vəsait xərcləyəcək" - məqalədə deyilir.

“Washington Post” qəzeti təklif olunan büdcənin administrasiyanın vəziyyətlə bağlı realist olmaq istəmədiyini göstərdiyini qeyd edərək, ölkənin hazırkı borcunun 98%-lik iqtisadi nisbətinin İkinci Dünya Müharibəsindən sonra ən yüksək göstərici olduğunu qeyd edib.

Hazırda Nümayəndələr Palatasında çoxluğa sahib olan respublikaçılar xərclərin və dövlət borcunun artımını kəskin tənqid edirlər ki, bu da sənədin Konqresdən keçməsində əngəl yarada bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu