Quşlar niyə səhər civildəşməyə başlayırlar? - güldürən səbəb
Quşların civiltisi insanı həm sakitləşdirir, həm ruhunu qidalandırır. Heç də ümidlənməyək, quşlar biz özümüzü yaxşı hiss edək deyə oxumurlar. Civilti quşların digər quşlarla ünsiyyət qurmaq vasitəsidir.
Bəs onlar niyə daha çox səhərlər oxumağa başlayırlar? Səbəbləri arasında güldürəni də var.
Birincisi, bu, quşların potensial cütü cəlb etmək və digər quşları kənarda qalmaları üçün xəbərdar etmək məqsədilər etdiyi bir davranışdır. Bu mesajları çatdırmaq üçün niyə erkən saatları seçdikləri ilə bağlı bir nəzəriyyəyə görə, alatoran vaxtı yem axtarışı kimi digər fəaliyyətlər də quşlar üçün çətinləşir. Buna görə onlar özlərinin yerini bildirmək üçün oxumağa üstünlük verə bilərlər.
Digər bir nəzəriyyəyə görə, quşlar səhər nəğməsindən güc obrazı yaratmaq üçün istifadə edirlər. Səhər civildəməklə digər quşlara gecənin öhdəsindən gəldiklərini göstərirlər. Axə təbiətdə heç bir zəmanət yoxdur. "Biz sağlamıq və mükəmməl cütləşəcmə reallaşdıra bilərik" mesajı.
Səhər tezdən havanın sərin və quru olması quşların təbii səsyazma studiyası kimi səslərini daha aydın ötürməsinə şərait yaradır. Aydın səslər digər quşların aşkarlamasını asanlaşdırır.
Bundan əlavə, səhər tezdən yer üzündə hökm sürən səssizlik də quşlara səslərini eşitdirmək üçün daha çox enerji verə bilər. Bütün bunları nəzərə alsaq, biz çox şanslıyıq ki, bu qədər civilti qarğalar arasında populyar deyil.