Tarixçi alim taksi sürücüsü ilə insident yaşayıb


Tarixçi alim Zaur Əliyev paytaxtda fəaliyyət göstərən taksi sürücüsü ilə insident yaşayıb.


AFN.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında bildirib. Z.Əliyev az qala hər gün mediada taksi sürücülərinin qız-qadınlara qarşı əxlaqsız hərəkətlər etməsilə bağlı xəbərlərin ictimailəşdirdiyini xatırladıb. Qeyd edib ki, bu gün özü belə bir halla qarşılaşıb: "Səhər Xırdalandan manatlıq taksi ilə gəlirdim. Arxada 5 yaxud 6-cı sinifdə oxuyan qız və ondan bir az böyük oğlan oturmuşdu. Qız məktəbli paltarında idi, məktəbli yubkası da qısa olur axı. Sürücü güzgüdən qızın ayaqlarına baxırdı. Üç dəfə sürücüyə səsimi qaldırdım ki, yola bax. Qız şübhlənməsin deyə sürücüyə dedim sür, çatanda söz deyəcəm sənə. Nə isə, mənzilbaşına çatahaçatda sürücü qıza dedi ki, nömrəmi götür, hər səhər səni gətirim, gözəl bala. Artıq dözmədim. Şamaxinkaya çatanda saxlatdım, uşaqları düşürdüm, dedim pul verməyin. Yola saldım və qapını açıb sürücünün başını üç dəfə sükana çırpdım, ağzının üstünə yumruq vurub, sürüyüb çıxarmaq istəyirdim ki, qazı basıb aradan çıxdı. Nömrəsini də götürə bilmədim maşının. Amma ağ rəngli "Opel" idi. 20 Yanvara çatıb orada işləyən uşaqlara dedim onu tapsınlar".
Z.Əliyev Daxili İşlər Nazirliyinə müraciət edib: "Xahiş edirəm, ölkədə qız və gəlinlərin, uşaqların belə manyaklardan qorumaq üçün mütləq taksi xidməti göstərmək istəyənlər xüsusi sürücülük vəsiqəsi və həkimdən arayış alsın. Narkotik çəkirlər, qızlara söz atırlar. Vəsiqə alıb gündəlik maşın icarə götürüb başlayırlar artıq-əskik hərəkətlər etməyə".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu