Sürücülərin nəzərinə! - Neftçilər prospekti bağlandı


Bakının mərkəzi yollarından sayılan Neftçilər prospekti bağlanıb.


Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, həmin prospektdə asfalt örtüyü dəyişdirilir:

"Bu gün axşam saatlarından paytaxtın Azneft dairəsindən Neftçilər prospekti ilə Bülbül küçəsinin kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılacaq.Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik. Asfalt örtüyü yeniləndikdən sonra yolun açılması nəzərdə tutulub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu