Hamilə qadın liftdə doğdu - VİDEO


Braziliyanın Kuyaba şəhərində mənzilin liftində möcüzəli doğuş baş verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı diş həkimi Barbara Trindade Passos Casela evdə başlayan doğuş sancılarından sonra xəstəxanaya getmək istəyib. Lakin Casela anası ilə birlikdə liftə mindikdən sonra doğuş baş verib.

“Səhər tezdən körpəmin doğulacağını hiss edərək oyandım. Mən ərimə Lasercio Amaro Alveşə zəng etdim. Sancılar artdıqdan sonra anamla xəstəxanaya getmək istədik. Amma liftə mindikdə hiss etdim ki, artıq doğuş başlayıb” - deyə o hadisəni nəql edərkən bildirib.

Anasının köməyi ilə körpəsini qucağına alan qadının doğum anları təhlükəsizlik kamerasına əks olunub. Doğuşdan sonra verdiyi açıqlamada Cesala "Möcüzə kimi bir an oldu" - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu