Təyyarədə doğana qədər hamilə olduğunu bilməyib


Ekvadorun Quyaquil şəhərindən Hollandiyanın paytaxtı Amsterdama gedən Tamara adlı qadın mədəsində ağrı olduğu üçün tualetə gedib. Daha sonra böyük sürprizlə qarşılanan qadın uşaq dünyaya gətirib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, gənc qadın tam doğuş anına qədər hamilə olduğundan xəbərsiz olub. Tamara doğuş zamanı hamilə olduğunu anladığını deyərək özü də böyük təəccüb içində olub. Gözlənilməz doğuş təyyarədə olan iki avstriyalı həkim və tibb bacısının köməyilə reallaşıb. Aviaşirkətdən verilən açıqlamada ana və körpənin səhhətinin yaxşı olduğu, körpəyə isə təyyarənin yardımçı sərnişinlərindən Maksimilianonun adının verildiyi bildirilib.
Təyyarə Amsterdam Schiphol hava limanına endikdən sonra Tamara və Maksimiliano xəstəxanaya yerləşdiriliblər. "Hər ikisinin səhhətinin yaxşıdır. Tamara və Maksimiliano ən qısa zamanda Madridə yola düşəcəklər" - deyə xəstəxanadan bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu