Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi - FOTOLAR


Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, "SOY" production şirkətinin təsisçisi və prezidenti, rejissor Oqtay Əliyev vəfat edib.


AFN.az xəbər verir ki, onun ölümünə səbəb bu gün baş verən avtomobil qəzasıdır. Abşeron rayonu ərazisində baş verən hadisə zamanı O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb. Oqtay Əliyev isə həyatını itirib. Avtomobildə həmçinin O.Əliyevin həyat yoldaşı, tanınmış aparıcı Dilarə Əliyeva da olub. O sağ qalıb.
O.Əliyev Azərbaycanda bir sıra maraqlı əyləncəli və musiqili verilişlərin müəllifi olub.
Allah rəhmət eləsin!
Xəbəri ilk olaraq Report İA yayıb.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu