6 ay əvvəl evlənmişdilər, tək seansda boşandılar


Ötən ilin sentyabrında ailə quran reper Tankurt Manas və aktrisa Burcu Binici boşanıblar.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, evliliklərinin ilk ayında problemlər yaşayan və mənzillərini ayıran Binicinin xəyanətə məruz qaldığı iddia edilib.

"Ben Bu Cihana Sığmazam" serialında rol alan uğurlu aktrisa Burcu Binici ötən ilin sentyabrında reper Tankurt Manasla sakit toy edib. Xoşbəxtliyi qısa olan aktrisa evliliyinin ilk aylarında əri ilə böyük problemlər yaşayaraq evi tərk edib. Tankurtla sövdələşməni tamamlayan Burcu Binici çərşənbə günü Kartal Ədliyyəsində olub. Mübahisəli boşanma davasında iştirak edən cütlük tək seansda yollarını ayırıb. Tankurt Tan Manas isə xəyanət iddiasını rədd edib.

Evliliyinin 20-ci günündə həyat yoldaşı ilə boya üstündə mübahisə edən Burcu Binici canlı yayıma qatılmışdı. O, "Yeni evə köçərkən boya üstündə dava saldıq. Əşyaların alınması da bizi stresə saldı və ev sahibi bizi aldatdı. Biz impulsiv davrandıq, mübahisə etdik, amma birlikdə olacağıq" - deyə yaşadıqları problemə aydınlıq gətirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu