Zəlzələ bölgəsində məktəblər fəaliyyətini bərpa edir


Türkiyədə zəlzələ baş verən bölgələrin bir neçəsində təhsil ocaqları fəaliyyətini bərpa edib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələnin vurduğu 4 əyalətdə 49 gündən sonra dərs zəngi çalınacaq.

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən və 11 regionu əhatə edən zəlzələlərdən sonra dağıntıların baş verdiyi şəhərlərdə məktəblər bağlanmışdı.

Kahramanmaraşda 1127 məktəb var ki, onun 12-si dağılıb. Şəhərdə dağıntıların aradan qaldırılması, tullantıların təmizlənməsi işləri davam edir. Bununla yanaşı, bağlanan məktəblər də tədricən açılır. Ekinözü və Andırın rayonlarında məktəblər artıq fəaliyyətini bərpa edib.

Hatayda 1315 məktəbdən 5-i dağılıb. Şəhərin 7 rayonu üzrə 494 məktəbdə hazırlıq işləri başa çatıb. Altınözü, Arsuz, Dörtyol, Ərzin, Reyhanlı, Payas və Yayladağı rayonlarında tədris prosesinə yenidən başlanır.

Zəlzələdən ciddi ziyan görən şəhərlərdən biri olan Malatyada da təhsil prosesi 49 gündən sonra bərpa edilir. Arapgir, Arguvan, Hekimhan, Pütürge, Doğanyol, Kale, Yazıhan və Darende rayonlarında zədəsiz olduğu müəyyən edilən məktəblərdə zənglər çalınacaq.

Adıyamanda isə Kahta, Gerger, Sincik, Samsat və Çelikhan rayonlarında tədrisə başlanması qərara alınıb.

Zəlzələ nəticəsində dağılmış şəhərlərin digər rayonlarında məktəblərin nə vaxt açılacağına valiliklər qərar verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu