Zəlzələdə milyonluq villalar dağılıb


Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insan tələfatı ilə yanaşı, dağntılar da öz böyüklüyü ilə diqqət mərkəzində oldu. Minlərlə çoxmərtəbəli binadan savayı, təkanların dağıtdığı bahalı evlər müzakirə mövzusudur.


AFN.az xəbər verir ki, Kahramanmaraşda zəlzələlərin vurduğu Malatyada qiyməti milyonlarla ölçülən villalar da dağılıb. Bildirilir ki, 7-10 milyon TL arası qiymətə satılan villaların dağılması insanları heyrətləndirib. Şəhər mərkəzində və bir çox rayonda böyük dağıntılara səbəb olan zəlzələ Yeşilyurt səmtində villaların yerləşdiyi Şahintəpəsində də dağıntılara səbəb olub.

"News Global"ın müxbiri Mehmet Altunışık və operator Kadir Dəmir 7-10 milyon TL arasında olan villaların fotolarını çəkib. Dağılan villalarla yanaşı, ərazidə çatlar əmələ gəlib. Yoxlamalar zamanı villalara ciddi ziyan dəydiyi müəyyən edilib. Burada yaşayan villaların sahibləri ərazini tərk ediblər. Türkiyə ictimaiyyəti kifayət qədər baha qiymətə satılan villaların zəlzələyə davamlı olmamasını tənqid edib. İnsanlar bundan sonra qiymətə yox, keyfiyyətə diqqət yetirməyin vacibliyini vurğulayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu