Luvr muzeyi tətilə görə bağlanıb


Luvr muzeyinin əməkdaşları da pensiya islahatına etiraz olaraq tətilə başlayıblar.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, muzey buna görə işini dayandırıb. Bu barədə Fransanın ən böyük həmkarlar ittifaqı - Ümumi Əmək Konfederasiyası məlumat yayıb.

Bildirilir ki, muzey yerli vaxtla səhər saat 9-dan ziyarətçilər üçün bağlı olacaq. Tətildə mədəniyyət işçilərinin bir neçə həmkarlar ittifaqı və Luvrun əməkdaşlarının özləri iştirak edirlər. “Aksiya mədəniyyət işçilərinin pensiya islahatına qarşı davam edən səfərbərliyinin bir hissəsi kimi həyata keçirilir”, - deyə tətil təşkilatçıları bildiriblər.

Luvr muzeyinin administrasiyası da mədəniyyət ocağının bağlı olduğunu təsdiqləyib. “Tətil səbəbindən Luvr bu səhər ictimaiyyətə açıla bilmədi. Anlayışınız üçün təşəkkür edirik”, - deyə muzeyin nümayəndələri bildiriblər.

Fransada pensiya islahatı pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. İslahatlara qarşı etirazlar bu ilin yanvar ayının sonundan etibarən davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu