ABŞ-da qırmızı xəbərdarlıq: Səhiyyə işçiləri tərəfindən ölkə tarixində ən böyük tətil


ABŞ səhiyyəsi yeni zərbə dalğası ilə üz-üzədir. 75 min tibb işçisi ölkə tarixindəki ən böyük tətildə işini dayandırb.


Səhiyyə sektorunda xidmət göstərən "Kaiser Permanente"nin 75 min həmkarlar ittifaqı işçisi tətilə çıxıb.

Tətil Kaliforniya, Kolorado, Vaşinqton, Virciniya və Oreqon ştatlarını əhatə edir.

Birlik ümumi artımlar, autsorsinq, subpodratlı işçilərə zəmanət və pensiya sahəsində təkmilləşdirmələr kimi bir çox məsələlərlə bağlı tələblərini bildirib.

Həkimlər tətildə iştirak etməsələr də, 75 min işçinin işini dayandırmasının Amerika səhiyyə sistemində ciddi axsamalara səbəb olacağı vurğulanır.

İşlərin dayandırılması oktyabrın 7-dək davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu