Rusiya bu il 62 milyon ton taxıl ixrac etməyi planlaşdırır


Cari kənd təsərrüfatı ilində Rusiyadan taxıl ixracı potensialı 62 milyon ton səviyyəsində qiymətləndirilir.


AFN.az xəbər verir ki, Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevskinin sözlərinə görə, bu göstəriciyə nail olmaq üçün ayda ən azı 6 milyon ton taxıl ixrac etmək lazımdır. Lakin ölkə bu potensialı seçməyə bilər. "Hazırda biz artıq 46 milyon ton ixrac etmişik. Bu, kifayət qədər böyük rəqəmdir. Əgər biz bu templəri saxlasaq, prinsipcə, mövsüm ərzində xarici bazarlara 62 milyon ton göndərmək iqtidarındayıq".

Zloçevskinin sözlərinə görə, bu mövsüm artıq bir neçə ay olub ki, gərəkəndən daha artıq - 7,2 milyon ton taxıl daşınıb. "Rusiyanın infrastrukturu və resursları belə böyük həcmdə taxıl ixracını həyata keçirməyə imkan verir" - deyə o qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinin əvvəlcədən məlumat verdiyi kimi, cari mövsümdə Rusiyadan taxıl ixracı üzrə hədəf 60 milyon tona yaxındır ki, bu da lazımi ehtiyatların formalaşmasına və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verəcək. İndiyə qədər 3 milyon ton taxıl alınıb. Lakin Zloçevskinin sözlərinə görə, belə bir proseduru qısa müddətdə həyata keçirmək mümkün deyil. Bundan əlavə, onun fikrincə, Rusiyada taxıl saxlamaq üçün akkreditə olunmuş anbarların olmaması problemə çevrilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu