Ərdoğan: "İsveç tələblərimizi yerinə yetirməsə, NATO-ya üzvlüyünü ratifikasiya etməyəcəyik”


"İsveç tələblərimizi yerinə yetirməsə, NATO-ya üzvlüyünü ratifikasiya etməyəcəyik”.


“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin hələ də İsveçdən bəzi gözləntiləri var və onlar yerinə yetirilməyib.

Qeyd edək ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət edib. Türkiyə onların quruma üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu