Ərdoğan: "Azərbaycana dəstək verməyə hazırıq"


"Hazırda biz TANAP-dan təbii qazın Macarıstana çatdırılması ilə bağlı Azərbaycana hər cür dəstək verməyə hazırıq".


"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada macarıstanlı həmkarı Katalin Novak ilə birgə mətbuat konfransı zamanı bildirib.

"Bu baxımdan hədəfimizə doğru əzmlə addımlayırıq", - Ərdoğan deyib.

Xatırladaq ki, TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. İndiyə kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Qaz Boru Kəmərləri vasitəsilə Türkiyə və Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu