Səfir: “İsrail TANAP və TAP vasitəsilə Avropaya qaz ixracını istisna etmir”


“İsrail TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP (Trans-Adriatik Qaz Boru Kəməri) vasitəsilə Avropaya qaz ixracını nəzərdən keçirir”.


AFN.az xəbər verir ki, bunu “Report”a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

O bildirib ki, İsrail Azərbaycandan qaz idxal etmir: “Həmçinin, nəzərdən keçirdiyimiz başqa bir əməkdaşlıq sahəsi qazımızın Avropaya ixracıdır. Bu gün buna böyük ehtiyac var. Qazın mayeləşdirilməsi ilə bağlı fikirlər var. Misir ərazisindən qaz kəmərinin çəkilməsi, Yunanıstan və İtaliya ərazisindən qaz kəmərinin çəkilməsi, habelə Türkiyə vasitəsilə nəql variantları var. Məsələn, biz TANAP və TAP boru kəmərlərinə qoşula bilərik. Görək, bundan sonra İsrailin yeni hökumətnidə hansı strategiyalar olacaq”.

Müsahibənin tam versiyası yanvarın 5-də dərc olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu