Rusiyanın Avropa yarışlarında iştirakına qoyulan qadağa müharibə bitənədək qaldırılmayacaq - UEFA rəhbəri


Ukraynaya qarşı müharibə bitənə qədər rusiyalı futbolçular böyük ehtimalla avrokuboklara buraxılmayacaq.


AFN.az-ın "Sky News"a istinadən verdiyi məlumata görə, bunu Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferin deyib. "Mənim şəxsi fikrim budur ki, müharibə dayanana qədər bizim üçün nəyisə dəyişmək çox çətin olacaq", - Çeferin futbolda Rusiyaya qarşı sanksiyaları şərh edərkən deyib.

Qeyd edək ki, hazırda Rusiyanın bütün klub komandaları UEFA turnirlərində iştirak edə, Rusiya komandası isə Avro və Dünya Çempionatında mübarizə apara bilməz.

Xatırladaq ki, daha əvvəl Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq federasiyalara rus və belarusların turnirlərdə iştirakına icazə verməyi tövsiyə etmişdi. Ancaq bu tövsiyə yalnız tək idman növlərinə aiddir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu