Polis "Trump Tower"ı mühasirəyə alıb: silahlı qadın axtarılır
Amerika polisi Çikaqoda “Trump International Hotel and Tower” otelini mühasirəyə alıb.
“RİA Novosti” yerli KİV-ə istinadən xəbər verir ki, binada silahlı qadının olması barədə məlumat var. Hotelin yaxınlığında polis əməkdaşları, o cümlədən xüsusi təyinatlılar var. Yaxınlıqdakı küçə nəqliyyat üçün bağlanıb. Şəhər polisi onların zənglə orada olduqlarını təsdiqləsə də, təfərrüatları açıqlamayıb.
Günorta saatlarında tüfənglə silahlanmış qadının binaya daxil olması barədə xəbərlərə görə polis ora gəlib. Mənbələr hadisənin məişət xarakterli olduğunu və hələlik terrorla əlaqəli olmadığını bildirir. CBS telekanalı aydınlaşdırıb ki, qadın binanın otelin yerləşdiyi hissəsindədir, ona giriş-çıxışlar polis tərəfindən bağlanıb.
Adını daşıyan və bir gün əvvəl rəsmi ittiham irəli sürülən keçmiş ABŞ prezidentinə məxsus binada mənzillər və beşulduzlu otel yerləşir.