VK Rusiyada müəllimlər üçün yeni xidmət istifadəyə verib
![](/uploads/posts/2023-04/1681140040_vkontakt.jpg)
"VKontakte" Rusiyada müəllimləri bir araya gətirəcək, onlara təcrübə mübadiləsinə və təhsil sahəsini inkişaf etdirməyə kömək edəcək yeni xidmət olan "Rəqəmsal müəllimlər xəritəsi"ni istifadəyə verib.
AFN.az lenta.ru-ya istinadən xəbər verir ki, xidmət açıq platforma "VK Mini Apps" əsasında yaradılıb. Bunun sayəsində hər bir müəllim öyrənməni daha effektiv etmək üçün rəqəmsal vasitələrdən istifadə edən oxşar maraqları olan həmkarları tapa biləcək. Bundan əlavə, pedaqoqlar nümunə araşdırmaları və ən yaxşı təcrübələri bölüşmək imkanı əldə edəcəklər.
“Rəqəmsal müəllimlər xəritəsi" hər bir müəllimə Rusiyada təhsil sektorunun inkişafına kömək etmək imkanı verəcək. Bu xəritədə VK tələb olunan rəqəmsal xidmətlər və məhsulların köməyi ilə məktəb təhsilini irəli aparan aparıcı müəllimləri toplamağı planlaşdırır.