Zaporojyedə 8 yaşlı uşaq təhlükəli infeksiyadan ölüb


Zaporojyedə səkkiz yaşlı uşaq təhlükəli xəstəlik - meningokok infeksiyası səbəbindən xəstəxanada ölüb. Körpənin yaxınları çox sürətlə inkişaf edən xəstəlikdən bir neçə gün sonra həkimlərə müraciət edib və həkimlərin bütün səylərinə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.


AFN.az xəbər verir ki, bu barədə aprelin 10-da Ukrayna Səhiyyə Nazirliyinin Zaporojye Regional Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin "Facebook" səhifəsində məlumat verilib.

Qeyd olunur ki, xəstəxanaya yerləşdirilərkən uşağa meningokok infeksiyası diaqnozu qoyulub və təcili müalicəyə başlanılıb. Ancaq xəstəlik ildırım sürəti ilə inkişaf edib və körpəni xilas etmək mümkün olmayıb. Həkimlər uşağın müraciət etməzdən əvvəl xəstələndiyi andan 5 gün keçdiyini, bu səbəbdən müdaxilənin effekt vermədiyini qeyd ediblər.

Meningokok infeksiyası təhlükəsi

Bu ağır bakterial yoluxucu xəstəlik müxtəlif klinik təzahürlərə malikdir: asimptomatik nazofarengeal daşıyıcıdan yüksək ölümlə nəticələnən ağır formalara qədər. Xəstəlik çox sürətlə ağırlaşır və ölüm riski çox yüksəkdir.

Meningokok infeksiyasının əsas klinik əlamətləri meningit və sepsisdir. Menengit adətən kəskin üşütmə və bədən istiliyinin 38-40 dərəcəyə qədər artması ilə başlayır. Xarakterik simptomlar arasında ümumi zəiflik, göz almalarında ağrı, sonra baş ağrısı görünür, qusma da baş verir.

Xəstənin tipik duruşu başı arxaya atılmış və dizləri qarnına əyilmiş vəziyyətdə yan üstə uzanmaqdır. Həmçinin qeyd olunur ki, kiçik uşaqlar üçün narahatedici əlamət yeməkdən imtinadır. Meningokok sepsisi də qızdırma ilə xarakterizə olunur.

Adətən xəstəliyin ilk günündə görünən xarakterik hemorragik səpgi meningokoksemiyanı tanımağa imkan verən əsas klinik əlamətdir. Səpki müxtəlif ölçülü "ulduzlar" şəklində ola bilər - parlaq qırmızıdan tünd qırmızı və ya bənövşəyi rəngə qədər.

Meningokok infeksiyaları adi antibiotiklərlə müalicə olunur. Eyni zamanda, həkimlər diqqət yetirirlər ki, xəstəliyin sürətli gedişini nəzərə alaraq, xəstəliyin başlanğıcından sonrakı ilk 12 saat diaqnoz üçün optimal vaxt hesab olunur. Bu şərtlər daxilində başlanan rasional müalicə xəstənin həyatını xilas etməyə imkan verir, xəstələrin sağalmasına gətirib çıxarır. Ona görə də meningokok infeksiyası zamanı dərhal həkimə müraciət etmək son dərəcə vacibdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu