Belində tük çıxmasaydı bəlkə də... - 17 yaşlı qızın başına qəribə hadisə gəlib


Belində tüklər uzanan 17 yaşlı pekinli qız təhlükəli xəstəlikdən xəbər tutanda şoka düşüb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Çinin Pekin şəhərinin 17 yaşlı sakininin bel nahiyəsində uzanan tüklər təhlükəli xəstəliyin ilk əlaməti olub. Bu barədə Lenta ru-nun müxbiri Asia One xəbər verib. Qız uşaq ikən belində tüklər görünməyə başlayıb və zaman keçdikcə bu tüklər daha da qalınlaşıb. Zavallı qız qüsurunu yad adamlardan gizlətmək üçün qapalı paltar geyinməyə məcbur qalıb. "Məktəb yataqxanasında paltar dəyişməli və ya duş qəbul etməli olanda heç kimin gözünə görüünməməyə çalışırdım" - deyə xatırlayıb. Valideynləri bunun bir xəstəlik ola biləcəyini ehtimal ediblər. Müayinələr zamanı yanılmadıqları ortaya çıxıb. Belə ki, qız ayaqlarındakı ağrı və uyuşmadan şikayət etməyə başlayıb.
Xəstəxanada müayinədən sonra ona onurğa sütununun anadangəlmə deformasiyası diaqnozu qoyulub. Həkimlərin fikrincə, belində həddindən artıq tük çıxmasının səbəbi məhz bu xəstəlik olub. Onurğanın deformasiyası gənc qızın digər orqanlarını da təhdid edərək əməliyyatı qaçılmaz edib: “O, uğurla əməliyyat olundu və mən çox xoşbəxtəm. O, indi sağalır, əminəm ki, tam sağalandan sonra özünü daha yaxşı hiss edəcək“ - deyə anası bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu