İranda qadınlara qarşı zorakılığa görə cəzaları sərtləşdirilir
İran parlamenti qadınlara qarşı zorakılıq edənlərin cəzasının artırılması üçün qanuna dəyişiklik edilməsi təklifini təsdiqləyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, İran parlamentində "qadınların zərər çəkməsinin qarşısının alınması və onların nalayiq davranışlardan qorunmasının artırılması" ilə bağlı qanun layihəsinin ümumi prinsipləri qəbul edilməzdən əvvəl müzakirələr aparılıb. Qadınlara qarşı zorakılıq törədənlərin cəzasının artırılması ilə bağlı təkliflər qəbul edilib. Lakin layihənin mətnində bəzi dəyişikliklər də edilə bilər. Məlumatı verən mənbə dəyişikliklərin nədən ibarət olduğunu bildirməyib.
Qanunda dəyişikliklər yaxın bir neçə ay ərzində qanunda dəyişikliklər qəbul oluna bilər.