Müxalifət deyiləndə sərhəd qoyulmalıdır, mən də müxalifətəm - Sabir Rüstəmxanlı


“Müxalifət deyiləndə sərhəd qoyulmalıdır. Mən də müxalifətəm. Azərbaycanın müharibə dövründə biz hamımız Prezidentimizi və onun siyasətini müdafiə etdik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin iclasında bildirib.

Millət vəkili qeyd edib ki, xalq hərəkatının Azərbaycan tarixində yerini kiçiltmək olmaz: “Vaxtilə ulu öndər Heydər Əliyev də hərəkatın kadrlarına baxıb qürur duyduğunu bildirirdi. Xalq hərəkatının üstündən xətt çəkmək, qara yaxmaq olmaz. İranın, Fransanın mövqeyi hər kəsə bəllidir, cəbhələşməyə yol vermək olmaz”.

S.Rüstəmxanlı vurğulayıb ki, tarixi bilən də, bilməyən də danışır: “Nəriman Nərimanovu Rəsulzadə ilə üzbəüz qoyurlar, müzakirəyə çıxarırlar. Çünki tarixi istədikləri kimi yazıblar. Kim istəyir, nə istəyir öz ağlı səviyyəsində danışır. Dövlət siyasəti, tarixə münasibətdə dövlətin mövqeyi ortada olmalıdır”.

Spiker Sahibə Qafarova isə bildirib ki, xalqın gözü tərəzidir: “Xalq gözəl bilir, yaxşı müxalifət kimdir, pis müxalifət kimdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu