Antalyaya 4 ayda 1 milyon turist gəlib


Yanvarın 1-dən bu aprelin 9-na qədər olan müddətdə hava yolu ilə Antalyaya 1 milyon 72 min 742 əcnəbi turist gəlib. Turizm zonzasında ötən ilin rekordu iki həftə əvvəl təzələnib.


AFN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Antalya valiliyindən açıqlama verilib. Turizm mövsümünün sürətlə start götürdüyü şəhərdə müxtəlif ölkələrdən gələn turistlər istirahət edir. Ötən il yanvarın 1-dən aprelin 23-dək şəhərə 1 milyon əcnəbi turist səfər edibsə, bu il bu rəqəm 72 min nəfər daha çoxdur. Bununka da Antalyada 1 milyon xarici turist hədəfinə keçən ildən iki həftə tez çatılıb. Şəhərə ən çox turist göndərən ölkələr müvafiq olaraq Rusiya, Almaniya, İngiltərə və Polşa olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu