İtaliya millisinin futbolçusu ağır yol qəzasına düşüb


İtaliya millisinin və "Latsio"nun futbolçusu Çiro İmmobile ağır yol qəzasına düşüb.


"Report"un "RaiNews24" saytına istinadən məlumatına görə, hadisə bu gün paytaxt Romada baş verib.

33 yaşlı hücumçunun idarə etdiyi avtomobil tramvaya çırpılıb. Zərbənin gücündən maşının ön hissəsi tamamilə dağılıb. Tramvay isə zədələnərək relsdən çıxıb.

Hadisə zamanı təcrübəli forvardın qızı da avtomobildə olub. Lakin onlardan heç biri xəsarət almayıb. Tramvayın sürücüsü və iki sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Polis hadisə yerində araşdırma aparır. Şahidlərin sözlərinə görə, qəzaya səbəb tramvayın işıqforun qırmızı işığında keçməsi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu