Terrorçular Suriyada Türkiyə hərbçilərinə hücum ediblər, 4 nəfər yaralanıb


Suriyanın şimalında PKK/YPG terror təşkilatının yaraqlıları Türkiyə Silahlı Qüvvələrinə məxsus bazalara hücum edib.


Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 4 nəfər yaralanıb. Qeyd olunub ki, hücumlar “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları bölgələrində baş verib.

“Təsbit edilən hədəflərə artıqlaması ilə cavab verilir”, - Türkiyənin müdafiə qurumu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu